Təşkilat sədri SOCAR-a səsləndi
Tarix: 22-06-2015, 14:33 | Çap et
Təşkilat sədri SOCAR-a səsləndi
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri ARDNŞ-in ixtisara düşən işçilərlə bağlı proqramından danışıb.

Axar.az xəbər verir ki, bu barədə təşkilat sədri Mirvari Qəhrəmanlı Feysbuk hesabında məlumat paylaşıb.

M.Qəhrəmanlının fikrincə, SOCAR-ın bu proqramı özlüyündə çox yaxşı təşəbbüsdür, ancaq:

“Ötən il SOCAR ixtisara düşən işçilər üçün proqram tərtib etdi. Bu proqrama əsasən, işçi bir il müddətində əmək haqqının 50%-ni alır, onun tibbi sığortası saxlanılır və onun üçün iş axtarılır. Proqram özlüyündə çox yaxşı təşəbbüsdür. Amma struktur dəyişikliyi gedən və daimi ixtisarlar aparılan şirkətdə bu mümkündürmü? Təbii, bu proqrama qoşulan işçilərin hamısının işlə təmin olunma ehtimalı çox azdır. Onlardan təqribən 30% işlə təmin olunsa da, artıq bəziləri yeni stress yaşamağa başlayıb. Yəni yeni ixtisar dalğası bu insanlardan da yan keçmir. Proqramı reallaşdıran müəllimlərdən xahiş edirəm, iş təklif edərkən bütün riskləri nəzərə alın”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net