Ramazan tövbə üçün misilsiz fürsətdir
Tarix: 22-06-2015, 11:29 | Çap et
Ramazan tövbə üçün misilsiz fürsətdir
Ramazan ayı günahlardan yaxa qurtarmaq üçün Allahın müəyyənləşdirdiyi nadir və misilsiz fürsətdir.

SalamNews xəbər verir ki, bu gün müqəddəs Ramazan ayının 5-ci günüdür. Bu gün üçün nəzərdə tutulmuş ilahi münacatda möminlərə tövsiyə edilir ki, tövbə edib, yaxşı insanlar cərgəsinə qatılmağa can atsınlar. Bu münacatda bildirilir ki, rəbimiz insanları Onun yaxın dostu səviyyəsində görmək istəyir.

Ramazan ayının 5-ci gününün duası belədir:

“Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Bi rəfətikə ya ərhəmər-rahimin.

Tərcüməsi:

“İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi! “





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net