Ledi Qaqa Bakıdan birbaşa Baham adalarına gedib
Tarix: 19-06-2015, 15:46 |
Çap et
Amerikalı müğənni Ledi Qaqa “Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimində çıxış etdikdən sonra dincəlmək üçün Azərbaycandan Baham adalarına yola düşüb.
Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə müğənni özü İntagramda məlumat yayıb.
O, Baham adalarında çimərlik paltarında açıq-saçıq foto da çəkdirib.
Xatırladaq ki, Ledi Qaqa Bakıda “İmagine” mahnısını ifa edib. Onun çıxışa görə 2 milyon dollar qonorar aldığı haqda xəbərlər yayılsa da Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qonorarın məbləğinin bu qədər olmadığını deyib, ancaq dəqiq məbləği də açıqlamayıb.