Cəmil Həsənli və Əli Kərimliyə ittiham...
Tarix: 18-06-2015, 18:06 | Çap et
Cəmil Həsənli və Əli Kərimliyə ittiham...
Milli Şuranın sədri Cəmil Həsənli ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında münasibətlər daha da kəskin xarakter almaqdadır. Bu dəfə Cəmil Həsənli Rauf Arifoğluya cavab verməklə yanaşı, BAXCP sədri Qüdrət Həsənquliyevin də adını çəkib. Cəmil Həsənlinin bu acıqlamasına BAXCP sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlının cavabı özünü çox gözlətməyib.

O mətbuata acıqlamasında bildirib ki, Cəmil Həsənli qoca yaşında ağlına gələni danışır: “Rauf Arifoğlu bir media rəbəri kimi baş vermiş hadisəni yazmışdı. Bunun əvəzində isə Əli Kərimlinin təkidi ilə Cəmil Həsənli qoca yaşında ağlına gələni yazır, təhqirlərlə çıxış edir. Bu düşüncə ilə ölkə rəhbəri olmaq iddiasına düşmüşdü. Cəmil Həsənli həmişə öz maraqlarını düşünən adam olub. Bu adam bu yaşına qədər bir neçə partiya dəyişib.1993-cü ildə Cəmil Həsənli AMİP-də olub. Prezident Aparatında vəzifəyə təyin edildiyinə görə, AMİP-ə də xəyanət edib. Daha sonra Əli Kərimlinin “Yurd”unda yer alıb. Əli Kərimlinın Milli Məclisi boykot qərarına isə əhəmiyyət verməyən Həsənli gedib oturdu parlamentdə. Bundan sonra Əli Kərimli onu partiyadan qovdu. Cəmil Həsənli bu qovulmadan sonra hakmiyyətin nazirlərinin maliyyə hesabına kitablar nəşr etməyə başladı. Həmin pulların hesabına bu adam kitablarında “ İlham Əliyevin liderliyi ilə Azərbaycan Qafqazın lider dövlətinə çevrilib” yazırdı. Millət vəkili olduğu dövrlərdə hər il Fəxri Xiyabana gedib mərhum Heydər Əliyevin məzarı qarşısında baş əyirdi. Onun haqqında kitablarında yazırdı. Bütün bunlar bir gerçəklikdir. Cəmil Həsənli elə bir adamdır ki, istənilən vaxt Əli Kərimlini də ayaqları altına atıb, öz maraqlarını qoruyar. Şəxsən mən bunu gözləyirəm də. Bunu Əli Kərimli də yaxşı bilir.”

BAXCP sədrinin müavini Əli Kərimlini siyasətin üz qarası adlandırıb: “Əli Kərimli kimlərə xəyanət etmədi ki! Bu adam üçün heç bir mənəvi dəyər yoxdur. Əbülfəz Elçibəy haqqında Xədicə İsmayıl və digərlərinin əli ilə təhqirlər yazdırırdı. Və yaxud da özü yazıb, başqa imzalarla yayırdı. Bu gün də “Azadlıq” qəzetini demək olar ki, Əli Kərimli 2-3 adamla çıxarır. Əksər yazıları Əli Kərimlinin özü yazır və başqa saxta imzalar qoyur. Bu adam orta səviyyəli müxbir kimi çalışır. Əslində o öz yerini tapıb. Bir vaxtlar siyasətə də müxbirlikdən gəlmişdi. Mənim Azərbaycanda çalışan peşəkar jurnalistlərə, müxbirlərə çox böyük hörmətim var. Söhbət özünü müxalifətin “lideri” sayan adamın müxbirliyindən gedir. Sosial şəbəkələrdə də Əli Kərimli saxtakarlığı mövcuddur. O, saxta profillər yaradıb rəqiblərinə qarşı qarayaxma işləri ilə məşğul olur. Bütün bunlara Əli Kərimli rəhbərlik edir. Bunu hamıda görür. Saxta profillərə yazılan birbaşa Əli Kərimlinin özüdür”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net