25 milyon dollarlıq film prokatda 1000 dollar yığa bilmədi
Tarix: 18-06-2015, 18:00 |
Çap et
FİFA haqda çəkilən “Arzular liqası” idman filmi Hollivud tarixinin ən uğursuz filmi adını qazanıb.
Avropa.info xəbər verir ki, rejissor Frederik Obürtenin çəkdiyi, FİFA-nın yaranma tarixindən bəhs edən filmdə aktyor Tim Rotla bərabər Jerar Depardye də rol alıb.
2014-cü ildə Kann festivalında premyerası olan film ABŞ-da FİFA korrupsiya qalmaqalı ilə bağlı keçirilən həbslərdən bir neçə gün sonra kinoteatrlarda göstərilib. Filmdə Depardye FİFA-nın yaradıcısı Jül Rimeni, Tim Rot indiki prezident Zepp Blatteri oynayıb.
25-30 milyon dollar büdcəsi olan “Arzular liqası” kinoprokatdan cəmi 918 dollar yığa bilib. Film Nyu-York, Los-Anceles, Dalals, Mayami şəhərləri olamqla, 10 kinoteatrda nümayiş etdirilib. Feniks şəhərində premyeraya 9 dollarlıq cəmi 1 bilet satılıb.
“Arzuların liqası” Hollivud tarixinin kinoprokat tarixində ən mənfi nətcəni keçə bilib.