Bakıda polislə vətəndaşlar arasında gərginlik
Tarix: 18-06-2015, 17:16 | Çap et
Bakıda polislə vətəndaşlar arasında gərginlik
Bu dəqiqələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısındakı küçədə polislə vətəndaşlar arasında qarşıdurma yaşanıb.

Belə ki, avtomobilini küçənin kənarında saxlayıb dükana girən xanım sürücü, az sonra geri qayıdarkən avtomobilinin polislər tərəfindən evakuatora mindirildiyinin şahidi olub. Sürücünün buna etiraz etməsi isə polislərlə qarşıdurmaya səbəb olub.

Əraziyə çağrılan Post-Patrul Xidmətinin əməkdaşları, sürücünün həyat yoldaşını və hadisəni telefonla çəkən bir vətəndaşı polis bölməsinə aparıblar.

Hadisə yeridən "Azadlıq" qəzetinə verilən məlumatda görə, polislərin qadın sürücüyə qarşı kobudluğu insanların hiddətinə səbəb olub və onlar buna ciddi etiraz ediblər.

Bakıda polislə vətəndaşlar arasında gərginlik
Bakıda polislə vətəndaşlar arasında gərginlik





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net