Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefaya göndərildi
Tarix: 18-06-2015, 16:24 | Çap et
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefaya göndərildi
Ukrayna parlamenti ölkə təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalivayçenkonun istefaya göndərilməsinə səs verib.

450 deputatdan 248-i onun işdən azad olunması ilə bağlı prezident Petro Poroşenkonun təklifini dəstəkləyib.

49 yaşlı nazir bu vəzifəyə Poroşenko 2014-cü ilin mayında prezident seçilməzdən 3 ay əvvəl təyin olunmuşdu və heç vaxt prezidentin tərəfdarı kimi görünməyib.

Ukrayna mətbuatının yazdığına görə Poroşenko bu yaxınlarda onu xarici kəşfiyyat idarəsinə rəis təyin etməyə cəhd göstərib.

Ukraynada çoxları ona prezidentliyə əsas namizəd kimi baxır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net