
Beyləqanda 15 yaşlı oğlan kanalda batıb. Avropa.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, iyunun 17-də çimərkən üzə bilməyən 15 yaşlı Beyləqan sakini Sirac Kazımov kanalda boğulub. Onun cəsədi batdığı yerdən 700 metr aralıda, xilasedicilər tərəfindən tapılıb çıxarılıb.