Kəmaləddin Heydərov taekvandoçumuzun qələbəsini izlədi
Tarix: 17-06-2015, 16:47 |
Çap et
Avropa Oyunları çərçivəsində taekvondo üzrə yarışların ikinci günündə azərbaycanlı Ayxan Tağızadə (68 kq) 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib.
Publika.az xəbər verir ki, A.Tağızadənin yarışını izləmək üçün Taekvondo Federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakı Kristal Zalda olub.
İdmançımız ispan rəqibini 7:5 hesabıyla məğlub edərək yarımfinala yüksəlib.