
Avropa Oyunları çərçivəsində taekvondo üzrə yarışların ikinci günündə azərbaycanlı Ayxan Tağızadə (68 kq) dörddəbir finalda 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. Birinci raundda A.Tağızadə rəqibini 1-0 hesabı ilə üstələyir.
A.Tağızadənin yarışını izləmək üçün Taekvondo Federasiyasının Prezidenti Kəmaləddin Heydərov Bakı Kristal zala gəlib.