Atası və bacısını itirən gəncdən dəhşətli əməl
Tarix: 17-06-2015, 15:43 | Çap et
Atası və bacısını itirən gəncdən dəhşətli əməl
Xaçmaz rayonunda gənc oğlanın asılmış meyiti tapılıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı ölən şəxsin 1992-ci il təvəllüdlü Maqsud Vahid oğlu Məmmədov olduğu məlum olub. Meyit müayinə olunmaq üçün tibbi ekspertizadan keçirilib.

Müayinə zamanı Maqsud Məmmədovun intihar etdiyi məlum olub.

Qeyd edək ki, Maqsud Məmmədov kasıb ailədə yaşayır. Atası, bacısı və əmisi qızı bir ilə əvvəl dənizdə çimərkən boğlulublar. Doğmalarının ölümündən sarsılan Maqsud Məmmədov həmişə fikirli görünürmüş.

Onun subay olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net