"Bütün sərmayəmi oğlumla qızıma yatıracam"
Tarix: 17-06-2015, 15:36 | Çap et
"Bütün sərmayəmi oğlumla qızıma yatıracam"
Müğənni Roza Zərgərli tədbirlərin birində fotokameramız qarşısına keçib, şəkillər çəkdirib.

Axşam.az-a açıqlamasında ifaçı yaradıcılığındakı yeniliklərlə bağlı xəbər verib:

“Altı yeni veriliş hazırlayıram. Onlardan birinin aparıcısı özüm olacam. Digərlərini isə başqa tanınmışlara həvalə edəcəm. Bundan sonra məni prodüser kimi də görəcəksiniz. Bütün sərmayəmi qızım Bənövşə və oğlum Corca yatıracam. Bilirisiniz ki, oğlum aktyordur. Qızım isə musiqi ilə məşğul olur”.

Son vaxtlar artıq çəkisi ilə diqqət çəkən ifaçı idmana başladığını deyib:

“Pəhrizlə yanaşı idman da edirəm. Bir az arıqlamışam. İstədiyim qədər artıq çəki atdıqdan sonra tamaşaçılar məni fərqli imicdə görəcək. Geyim tərzimi dəyişəcəm”.

"Bütün sərmayəmi oğlumla qızıma yatıracam"





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net