Ermənilər üçün Bakıda qara gün
Tarix: 17-06-2015, 15:29 | Çap et
Ermənilər üçün Bakıda qara gün
Bakıda keçirilən I Avropa Oyunlarının bu gün baş tutan yarışları Ermənistan güləşçiləri üçün uğursuz olub.

ANS PRESS-in məlumatına görə, 57 kq çəkidə çıxış edən Qarik Barseqyan, 65 kq çəkidə David Safaryan və 74 kq çəkidə Qriqor Qriqoryan medal qazana bilməyib.

David Safaryan debüt oyununda makedoniyalı Deyana Mitrovaya qalib gəlsə də 1/8 finalda bolqar Borislav Novaçkovaya 6:8 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qarik Barseqyan isə 1/8 finalda bolqar Vladimir Dubovoa 4:0 hesabı ilə qalib gəlib. 1/4 finalda Azərbaycan pəhləvanı Yaşar Əliyevlə üzləşən erməni idmançı 6:10 hesabı ilə məğlub olub. Təmsilçimiz erməni güləşçini qızıl medal yolundan kənarlaşdırıb.

Qriqor Qriqoryan isə bolqar Kiril Terzievə 1/8 final mərhələsində 8:11 hesabı ilə məğlub olaraq yarışdan kənarda qalıb.

Qeyd edək ki, erməniləri məğlub edən güləşçilər finala çıxa bilməyib. Bu isə Ermənistanın bürünc medal ümidlərini puç edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net