“Emin Hüseynov Qərbin maraqları üçün ram edilən casusdur” Millət VƏKİLİ
Tarix: 17-06-2015, 13:11 | Çap et
“Emin Hüseynov Qərbin maraqları üçün ram edilən casusdur” Millət VƏKİLİ
“Emin Hüseynovun İsveçrə səfirliyində gizlədilməsi az qala soyuq müharibə dövrünün diplomatik qalmaqllarını xatırladır”.

Bu fikri Hafta.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, Emin Hüseynov Qərbin maraqları üçün hazırlanan casudur:

“Qeyri Hökumət Təşkilatları vətəndaş cəmiyyətinin tərkib hissəsi olmaqdan daha çox,təsir agentlərinin yaradılması və silahsız mücahidlər dəstəsinin formalaşdırılması fəaliyyətinəçevrildiyindən Azərbaycan rəsmi orqanlarına Emin Hüseynovun Qərbin maraqlarıüçün çoxdan ram edilmiş casus olduğu qətiyyən sirr deyildi. Sadəcə keçmişdə gizli xidmətlərin ələ keçirdiyi adamların missiyası məxfi səviyyədə çalışmaqdan ibarət olurdusa, müasir dünyada aşkar fəaliyyət və donor mənbələrdən ödənən vəsaitlər hesabına pozuculuq işləri həyata keçirilir. Ölkələrin xarici və daxili siyasəti nəzarətdə saxlanır. Azərbaycanda külli miqdarda qrantlar xərcləyən beynəlxalq şəbəkənin yerli dayaqlarına zərbə vurulduğunu hiss etdiyi anda,xüsusi olaraq, həmin hüquq istismarçılarının hakimiyyət əleyhinə fəaliyyətləri qanuni vasitələrlə cilovlanarkən və maliyyə spekulyasiyalarını təftiş səfirliklər öz adamlarını dərhal himayəyə götürdülər. Onların fərdi müdafiəsinə qalxdılar.Əslində burada Eminlərin,yaxud Xədicələrin qorunmasından daha çox gizli şəbəkənin maddi və siyasi cinayətlərinin aşkara çıxma qorxusu üstünlük təşkil edir".

Zahid Oruc bildirib ki, Qərb Azərbaycandan onun casuslarına maneəsiz şərait yaratmağı tələb edir:

“Emin Hüseynovun detektiv romanlarda olduğu kimi mühim missiya və əvəzolunmaz persona sahibi kimi ayrıca təyyarə ilə Bakıdan çıxarılması, ardınca buna görə hökumətimizə təşəkkür və sətiraltı qınaqların bildirilməsi hazırkı beynəlxalq münasibətlər sisteminin acınacaqlı durumda olmasının göstəricisidir. Bəli,səfirliklərin ərazisi beynəlxalq konvensiyaların çərçivəsində xüsusi qorunan məkanlar sırasındadır. Rəsmi Bakı indiyədək diplomatik korpusların respublikamız daxilində həyata keçirdiyi qanunsuz hərəkətlər halında belə yazılmış normaları heç vaxt pozmağa çalışmayıb. Lakin ərazisi işğal altında olan bir millətin müharibədə əsir düşən oğullarını və torpaqlarını azad etmək üçün zərrə qədər çalışmayan xarici dövlətlərin Emin Hüseynov və bu kimi başqaları uğrunda belə amansız çarpışması, Qərbin Qarabağ münaqişəsinə münasibətini özündəən yaxşı əks etdirən hadisələrdir. Əgər bir ölkə əlahiddə qaydada fərdi casususuna görə ayrıca təyyarə göndərirsə, Şahbaz və Dilqəmi həbsdə yatıran təkcə ermənilər deyil, həm də agentura yuvalarına çevrilmiş Avropa səfirlikləridir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net