Ukraynalı jurnalist: Bakıda əcnəbinin itmək ehtimalı yoxdur”
Tarix: 17-06-2015, 12:30 | Çap et
Ukraynalı jurnalist: Bakıda əcnəbinin itmək ehtimalı yoxdur”
“Bakı 2015” Avropa Oyunlarını işıqlandırmağa gələn ukraynalı jurnalist Yuliya Olenyuk Bakı haqda təəsüratlarını Modern.az saytı ilə bölüşüb. Onun sözlərinə görə Bakıda I Avropa Oyunlarının açılışı olimpiya oyunları səviyyəsində baş tutub.
"Bakını çox gəzmişəm. İçərişəhərdə olmuşam. Bakı olduğum şəhərlərdən fərqlidir. İtmək ehtimalım da yox idi, insanlar hər yerdə kömək edirdi. Azərbaycan xalqı doğrudan da, çox qonaqpərvər və gülərüzdür”.

Oyunlarda Ukraynanın qazandığı medallardan da danışan jurnalist bundan sonra da bir neçə qızıl medala sahib olacaqlarına ümid etdiyini deyib:

“Artıq 12 medal qazanmışıq, qadın güləşində 1 qızıl medalımız var. Amma bədii gimnastikada da ümidlərimiz var. Düşünürəm ki, daha bir neçə qızıl medal da qazanacağıq”.

Rusiya ilə Ukrayna arasındakı siyasi gərginliyin idman yarışlarına da sirayət etdiyini söyləyən jurnalist rus və ukraynalılar arasında gərginliyin olduğunu da söyləyib:

“İdmançılarımız oyunlarda qalib gələ bilməsə də, əsas məqsədimiz rus idmançılarına uduzmamaqdır. Bəzi məsələlər bizdən asılı olmasa da, yenə də bütün dünyanın bizi tanımasının tərəfdarıyıq” deyə jurnalist fikirlərini tamamlayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net