“Qalmaqallı turist”i nə gözləyir? - ŞƏRH
Tarix: 17-06-2015, 11:19 |
Çap et
“Lider” kanalında yayımlanan “xarici turist” qalmaqalı qısa zaman kəsiyində ictimaiyyətdə müzakirə olunan əsas mövzulardan birinə çevrildi. Kanalın turistlə bağlı açıqlamasında sonra məlum oldu ki, müsahib Sahib Kərimov əslində özünü turist kimi qələmə verərək, jurnalisti aldadıb.
Jurnalisti və dolayısı ilə ictimaiyyəti aldatdığına görə, Sahib Kərimova cinayət işi açıla bilərmi?
Məsələ ilə bağlı Hafta.az-a açıqlamasında hüquqşünas Səməd Vəkilov bildirib ki, bu hala görə S.Kərimova cinayət işi açıla bilməz:
“Azərbaycan Respublikası Cinayət Məcəlləsi 14.2. Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir”.
Qeyd edək ki, Cəbrayıl rayonundan məcburi köçkün olan Seymur Səfərov adlı gənc yuxarıda adını çəkdiyimiz telekanala müsahibəsində özünü ingilis kimi təqdim edib. Kanalın yaydığı məlumata görə, müsahibəni alan jurnalist onun gerçəkdən turist olduğuna inandığı üçün müsahibə efirə gedib.