Koalisiyaya girmək istəyənlər silahlarını yerə qoysunlar - Əhməd Davudoğlu
Tarix: 16-06-2015, 16:50 |
Çap et
Koalisiyaya girmək istəyənlər silahlarını yerə qoysunlar.
SalamNews-un “Sözcü”yə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) sədri və ölkə baş nazirinin səlahiyyətlərini icra edən Əhməd Davudoğlu bəyan edib.
O, son ana qədər lazım olan hər şeyi edəcəklərini bildirib: “Əziz millətimiz bu barədə rahat olsun. Hakimiyyətdə bir saniyəlik belə boşluğa icazə vermərik. Vəzifələrimizi icra edəcəyik.
Bizimlə koalisiyaya girmək niyyətində olanları da yumruqlarını açmağa, silahlarını, baltalarını yerə qoymağa çağırırıq. Yumruqla salamlaşmaq olmaz. Yumruqlarınızı açın, bu ölkənin gələcəyini birlikdə müzakirə edək."