Rus hərbçinin qətli İrəvanda böyük qorxu yaradıb
Tarix: 16-06-2015, 16:15 | Çap et
Rus hərbçinin qətli İrəvanda böyük qorxu yaradıb
Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbçisi İvan Novikovun vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı cinayət hadisəsinin istintaqını Rusiya tərəfi aparacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.

Qəzet yazır ki, Rusiyanın qanun keşişçiləri hərbi qulluqçu İvan Novikovun qətli ilə bağlı cinayət materiallarının alınması və daha obyektiv şəkildə araşdırılması üçün erməni həmkarlarına müraciət ediblər.

Bildirilir ki, Rusiya və Ermənistan arasında imzalanmış müqaviləyə əsasən, Rusiya hərbi bazasının hərbi qulluqçuları arasında baş verən istənilən hadisələr Rusiyanın istintaq orqanları tərəfindən araşdırılmalıdır: "Çox ehtimal ki, cinayət işi Rusiya tərəfinə veriləcək."

Bu məsələ Rusiya prezidenti Vladimir Putinin də diqqət mərkəzindədir. Belə ki, onun mətbuat katibi Dmitri Peskov Gümrüdə rus hərbçisinin öldürülməsi barədə dövlət başçısına məruzə edib. Rus hərbçinin qətli ilə bağlı vəziyyətin belə cərəyan etməsi İrəvan üçün böyük qorxu yaradıb.

Xatırladaq ki, iyunun 15-də Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbçisi İvan Novikov vəhşicəsinə qətlə yetirilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net