Sumqayıtda 18 yaşlı qız intihara cəhd etdi
Tarix: 16-06-2015, 16:03 | Çap et
Sumqayıtda 18 yaşlı qız intihara cəhd etdi
Sumqayıt şəhərində 18 yaşlı intihar cəhd edib.

Avropa.info-nun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində gənc qız intihar etmək məqsədilə dənizə tullanıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Dalğıc-xilasedicilər tərəfindən vətəndaş dənizindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xilasedcilərin səyi nəticəsində intihara cəhdin qarşısı alınıb.

Məlum olub ki, özünü öldürmək istəyən 1997-ci il təvəllüdlü Aytac Cavanşir qızı Həsənovadır. Hadisə baş verərkən onun yanında gənc oğlan da olub.

Faktla bağlı araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net