"Peşəkar aparıcı, siyasətçi deyiləm"
Tarix: 16-06-2015, 14:25 | Çap et
"Peşəkar aparıcı, siyasətçi deyiləm"
Müğənni Rəqsanə İsmayılovanın ATV-də efirə gedən “Göz önündə” verilişinin yayımı dayanıb.

Vertikal.az xəbər verir ki, sənətçi axşam.az-a müsahibəsində bunun səbəblərini açıqlayıb:

“Avropa Oyunlarına görə proqramı saxladıq. Amma çəkilişlərim davam edir. Orada bir çox taleləri həll edirik. Sentyabrdan yenidən yayımlanacaq. Bununla yanaşı daha bir veriliş üzərində işləyirəm. O da payızda ATV-də efirə gedəcək".

R.İsmayılova aparıcılığına irad bildirənlərə də cavab verib:

“Peşəkar aparıcı, siyasətçi deyiləm. Mən ifaçıyam, Azərbaycan qadınıyam. Verilişim olmayanda da insanlara kömək əli uzadırdım. Düşündüm ki, bunu başqa proqramlarda etməkdənsə, özüm veriliş açım. Kiməsə kömək etdikcə, özümlə fəxr duyuram. Biz toylara gedirik, pul qazanırık. İnsanlara kömək etməyi özümü borc bilirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net