Çimərlik voleybolçularımız qələbə ilə başladı
Tarix: 16-06-2015, 13:24 |
Çap et
Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadınlar arasında çimərlik voleybolu yarışlarına start verilib.
Axar.az xəbər verir ki, Azərbaycan bu yarışda 2 komanda ilə təmsil olunur.
Vivyan Kunya və Zinaida Lyubimovadan ibarət komanda A qrupunda, Yuliya Kərimova və Rakel Ferreyradan ibarət kollektiv isə H qrupunda mübarizə aparır.
Bu gün cütlüklərimiz iki görüş keçirəcəklər.
Vivyan Kunya və Zinaida Lyubimova öncə Danimarkanı təmsil edən Eva Banq və Sesilie Olsenlə, daha sonra isə avstriyalı voleybolçular - Maria Lena Plesiutşniq və Katarina Şutzenhoferlə üz-üzə gələcək.
Yuliya Kərimova və Rakel Ferreyra isə əvvəlcə Polşa təmsilçiləri Katarjina Koçiolek və Dorota Straqla, daha sonra isə ukraynalılar Daria Udovenko və Yelizaveta Sulima ilə münasibətlərə aydınlıq gətirəcəklər.
A qrupu
13:00. Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan) – Eva Banq/Sesilie Olsen (Danimarka)
13:00. Yeva Dumbauskayte/Monika Povilaytite (Litva) – Maria Lena Plesiutşniq/ Katarina Şutzenhofer (Avstriya)
20:00. Yeva Dumbauskayte/Monika Povilaytite (Litva) - Eva Banq/Sesilie Olsen (Danimarka)
22:00. Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan) - Maria Lena Plesiutşniq/Katarina Şutzenhofer (Avstriya)
H qrupu
12:00. Yuliya Kərimova/ Rakel Ferreyra (Azərbaycan) – Katarjina Koçiolek/ Dorota Straq (Polşa)
12:00. Karolina Rehaçkova/Eliska Qalova (Çexiya) – Daria Udovenko/Yelizaveta Sulima (Ukrayna)
20:00. Karolina Rehaçkova/Eliska Qalova (Çexiya) - Katarjina Koçiolek/Dorota Straq (Polşa)
21:00. Yuliya Kərimova/Rakel Ferreyra (Azərbaycan) - Daria Udovenko/Yelizaveta Sulima (Ukrayna)
13:14
H qrupunda təmsilçilərimiz Yuliya Kərimova və Rakel Ferreyra polşalı Katarjina Koçiolek-Dorota Straq cütlüyü ilə qarşılaşıb. İdmançılarımız rəqiblərinə 2-0 (25:18, 25:18) qalib gəlib.