Bərdədə taxılın qiyməti aşağı düşüb
Tarix: 16-06-2015, 13:14 |
Çap et
Bərdə rayonunda taxılın qiyməti 10-12 qəpik ucuzlaşıb.
SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, havanın yağıntılı keçməsi nəticəsində Aran-Qarabağ bölgəsində əkilən dənli bitkilərdə məhsuldarlıq bol olub. Taxılın bol olması isə qiymətləri aşağı salıb.
Bildirilib ki, bu ildən fərqli olaraq, ötən il taxılın bir kiloqramı 30-35 qəpiyə satılıb, hazırda isə bu qiymət 10-12 qəpik ucuzlaşıb. Belə ki, bu il arpanın alış qiyməti 15-17 qəpik, taxılın alış qiyməti isə 18-20 qəpiyə olduğunu deyən alverçilər, məhsulun satış qiymətinin isə 20-25 qəpik arası dəyişdiyini bildiriblər.