ATƏT PA-nın Azərbaycan sevinci və...kədəri
Tarix: 16-06-2015, 12:55 | Çap et
ATƏT PA-nın Azərbaycan sevinci və...kədəri
ATƏT Parlament Assambleyasının demokratiya və insan hüquqları komitəsinin rəhbəri İzabel Santos hüquq müdafiəçisi Emin Hüseynovun ölkədən çıxışına icazə verilməsilə bağlı Azərbaycan hakimiyyətinin qərarını alqışlayıb.

ATƏT PA-nın bəyanatında bununla bağlı deyilir ki, ATƏT bu cür addımların davamını gözləyir.

“Bu, yaxşı xəbərdir... Lakin həm də kədərli gündür, belə ki, vətəndaş cəmiyyətinin liderləri hakimiyyətin təzyiqlərinə görə ölkəni tərk etməyə məcbur olurlar.

Ümid edirəm ki, bu, sadəcə Avropa Oyunlarının açılışı ilə əlaqədar Azərbaycan hökumətinin jesti olmayacaq, insan hüquqları ilə bağlı vəziyyətdə fundamental dəyişikliklər üçün başlanğıc olacaq.

Azərbaycan ATƏT qarşısında öz öhdəliklərinə ciddi yanaşmalıdır və İntiqam Əliyev, Xədicə İsmayılova, Rəsul Cəfərov. Anar Məmmədli və Leyla Yunus daxil olmaqla siyasi məhbusları azad etməyə başlamalıdır”, - İ.Santos bildirib.

Xatırladaq ki, Emin Hüseynov həbsindən ehtiyatlanaraq 10 aydır ki, İsveçrənin Bkıdakı səfirliyinə gizlənmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net