Əjdər Cəfərov: "Rekord sayda medal əldə edəcəyik"
Tarix: 16-06-2015, 12:15 | Çap et
Əjdər Cəfərov: "Rekord sayda medal əldə edəcəyik"
"Biz bu gedişlə rekord sayda medal əldə edəcəyik".

Bunu Trend-ə açıqlamasında Azərbaycan Güləş federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov deyib.

AGF-in baş katibi qeyd edib ki, dünya idmanının tarixində yeni səhifə açan birinci Avropa Oyunlarında güləşçilərimiz uğurlu çıxışları ilə həm xalqımızı, həm də federasiyanı çox sevindirirlər: "Yarışların ilk üç günündə qazandığımız 8 medal həqiqətən də yaxşı göstəricidir. Deyərdim ki, bu gedişlə biz rekord sayda medal əldə edəcəyik. Hələ qarşıda sərbəst güləşçilərimiz də xalça üzərinə çıxacaqlar".

Ə.Cəfərov bildirib ki, güləşçilərimiz qazanılan uğurlarla kifayətlənməyəcək: "Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Yarışların ilk günündən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvlərinin daim idmançıların yanında olması bizə əlavə stimul verir, qələbələrə ruhlandırır. Bu cür uğurlar qazanmağımız təsadüfi deyil. Dövlətimizin idmana, güləşə göstərdiyi diqqət və qayğı sayəsində nailiyyətlərimiz gündən-günə artır. Mən Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya öz minnətdarlığımı bildirirəm ki, daim idmançıların yanındadırlar, hər zaman bizə dəstək olurlar. Biz də öz növbəmizdə qarşıdakı günlərdə də xalqımızı qələbələrlə sevindirməyə çalışacağıq".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net