“Seks kasetini üzünə söylədim” - Baykal Ərdoğanla görüşündən danışdı
Tarix: 16-06-2015, 11:32 |
Çap et
İyunun 7-si keçirilən seçkilərdən sonra Türkiyə prezidenti ilə görüşən CHP-li millət vəkili Dəniz Baykal yenidən məlum kaset hadisəsi ilə bağlı danışıb.
“Qafqazinfo” xəbər verir ki, D.Baykal 2010-cu ildə CHP liderliyindən istefasına səbəb olan kaset hadisələrində Ərdoğanı ittiham etməsi ilə bağlı qənaətinin dəyişib-dəyimədiyi ilə bağlı suala cavab verib. “Hurriyet”ə danışan Baykal seçkidən sonra Ərdoğanla görüşdə də bunu dövlət başçısının üzünə söylədiyini bildirib.
Qeyd edək ki, sabiq partiya lideri Baykal hələ 2013-cü ildə verdiyi müsahibəsində o zamanki baş nazir Ərdoğanın kaset olayından xəbərdar olduğunu və onun razılığı əsasında bunun baş verdiyini bildirmişdi.
O, qənaətinin hələ də dəyişmədiyini, lakin Ərdoğanın görüşünə getməsinin tamamilə dövlət işi olduğunu vurğulayıb:
“Mənim yaşadığım hadisələr, məruz qaldığım haqsızlıqlar və tələlər, mənə yaşatmaq istədikləri acılar bir yana. Bunun hesabını hüquq və tarix zamanı gələndə sorğu-sual edəcək. İndi isə dövlət işi görürük. İnsanlar bunu anlamır, siyasətimizin problemi də budur. 2013-də sizinlə danışarkən eyni şeyi təkrar etdim. 2015-də də məndən soruşursunuz, yenə də eyni şeyi söyləyirəm. Sizə bir şey də deyim, bəlkə düz etmirəm, amma bunu cənab prezidentimizlə görüşdə də dedim”.