Hələb 300 raketlə vuruldu: 34 ölü, 190 yaralı var
Tarix: 16-06-2015, 11:24 | Çap et
Hələb 300 raketlə vuruldu: 34 ölü, 190 yaralı var
Silahlı qruplaşmalar Suriyanın Hələb şəhərininin Yeni və Qədimi Sərəyan, Əziza, Ramusiyyə və digər bölgələrinə 300-dən çox raket atıb. Nəticədə 34 nəfər ölüb, 190 nəfər yaralanıb.

Müxalifətyönümlü Suriya İnsan Hüquqlarını Müşahidə Mərkəzinə istinadla verdiyi xəbərə görə, həlak olanlar arasında 12 uşaq və beş qadın var.

Yaralılardan ağır vəziyyətdə olanların sayı çox olduğundan ölənlərin sayının artacağı ehtimal edilir.

Bildirək ki, Hələb əyalətinin inzibati mərkəzi olan Hələb şəhərinin bir hissəsi Suriya hökumətinin, digər hissəsi isə qruplaşmaların nəzarətindədir.

Bundan başqa, əyalətin əksər rayonları da silahlıların nəzarəti altındadır./salamnews.org





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net