“Əl-Qaidə”nin Ərəb yarımadasındakı lideri öldürülüb
Tarix: 16-06-2015, 11:17 |
Çap et
“Əl-Qaida” terror qruplaşmasının Ərəb yarımadasındakı rəhbəri Nasir əl-Vaxişi ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində məhv edilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, əl-Vaxişi “əl-Qaida”da “iki nömrəli adam” hesab olunurdu.
Yəməndə anadan olan əl-Vaxişi Ərəb yarımadasında komandanlığı 2009-cu ildə qəbul edib. Bundan 3 il əvvəl Yəməndə həbsxanadan qaçıb. O, terror qruplaşmasının məhv edilən lideri Üsəma bin Ladenin şəxsi katibi də işləyib.
“Əl-Qaida”nın Ərəb yarımadasındakı qruplaşması 2009-cu ildə yaradılıb. Bu təşkilat həmin ilin dekabr ayında Amsterdamdan Detroyta uçan “Northwest Airlines” şirkətinə məxsus təyyarədə terror aktı törədilməsinə cəhdlə tanınıb. Qruplaşma 2011-ci ilə Yəmən prezidenti Abdalla Salehin devrilməsində də iştirak edib.