“Ermәniyә uduzandan sonra başımı qaldıra bilmәdim…”
Tarix: 15-06-2015, 14:46 | Çap et
“Ermәniyә uduzandan sonra başımı qaldıra bilmәdim…”
Yunan-roma gülәşi üzrә 66 kq çәki dәrәcәsindә Avropa Oyunlarının bürünc mükafatçısı Hәsәn Әliyev oyunu barədə fikirlərini bölüşüb.

İdmançı “Qafqazinfo”ya açıqlamasında dünənki məğlubiyyəti qəbul edə bilmədiyini bildirib:

“Birinci yeri tutmalı idim. Qızıl medal qazanmaq istәyirdim. Amma olmadı. Ermәni idmançıya uduzmamalı idim. Onunla bir dәfә görüşüb mәğlub etmişdim. Üçüncü yer üçün döyüşә, azarkeşlәrim önünә çıxmaq fikrim yox idi. Çünki ermәniyә uduzmağı qәbul edә bilmirdim. Elә ona görә dә medalları alarkәn başımı qaldıra bilmәdim”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net