ABŞ və Rusiyadan nüvə ixtisarı
Tarix: 15-06-2015, 14:40 |
Çap et
Dünyadakı nüvə silahlarının miqdarı azalıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutu (SİPRİ) yayıb. Təşkilatın məlumatına görə, bu il 9 ölkə - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın sərəncamında ümumilikdə 15850 nüvə silahı var.
SİPRİ ötən il - 2014-cü ildə bu rəqəmin 16350 ədəd olduğunu və bir il müddətində 500 ədəd azaldığını bildirib. Nüvə silahında əsas ixtisarları ABŞ və Rusiya aparıb.