"Yeni Müsavat"dan Cəmil Həsənliyə SƏRT CAVAB
Tarix: 15-06-2015, 14:36 |
Çap et
Özünü Milli Şura adlandıran qurumun rəhbəri Cəmil Həsənli “Yeni Müsavat” qəzetinin “bostanına daş atıb”. Belə ki, sədr qəzetin siyasət şöbəsinin yazdığı yazıları kəskin tənqid edərək, onları hakimiyyətə işləməkdə günahlandırıb.
Hafta.az-ın məlumatına görə, məsələ ilə bağlı Cəmil Həsənliyə cavabı sosial şəbəkə vasitəsi ilə qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan verib. O bildirib:
“Cəmil Həsənli güya bizə cavab verib. Amma dolayısı ilə yazdıqlarımızı təsdiqləyib. Uzun-uzadı bir tmətn yazıb ki, bəs “Yeni Müsavat”ın 13 iyun tarixli sayında getmiş manşet yazısı ("Milli Şura Putinin "molodes"ini qazana bildimi") hakimiyyət tərəfindən qəzetə ötürülüb. Guya hökumət bizə tapşırıb ki, MŞ-nı və Cəmil müəllimi gözdən salaq. Birincisi, həmin manşet yazısı hakimiyyətə sərf edən.İkincisi və ən əsası, Cəmil müəllim hər şeydən danışıb az qala bizə "cavabında", fəqət əsas və vacib suala cavab verə bilməyib. Hörmətli professor izah etsin ki, 2002-ci ve 2005-ci illərdə niyə AXCP-ni, həmçinin sədri Əli Kərimlini satıb Milli Məclisə getdi? Baxmayaraq, hər iki halda partiyasının qəti qərarı vardı ki, XC-dən olan deputatlar parlamentə getməsin”.
Sonda Azər Ayxan onu da bildirib ki, Cəmil Həsənliyə ondan fərqli olaraq təhqirsiz cavabını verəcək.