Olimpiya çempionundan etiraf: “Çətin olacaq”
Tarix: 15-06-2015, 12:41 | Çap et
Olimpiya çempionundan etiraf: “Çətin olacaq”
Gimnastika üzrə Rusiya yığmasının üzvü, London-2012 Olimpiya oyunlarının qızıl medalçısı Aliya Mustafina I Avropa Oyunları ilə bağlı fikirlərini bölüşüb. Axar.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran 20 yaşlı gimnast rəqiblərin güclü olduğunu etiraf edib:

“Yığma komanda olaraq qızıl medala iddialı olsaq da, onu deməliyəm ki, burada çox güclü rəqiblər var. Çətin olacaq. Amma buna baxmayaraq birincilik uğrunda yarışacağıq. Deyə bilərəm ki, hər şey qaydasında gedir. I Avropa Oyunlarından başqa, dünya çempionatına hazırlaşırıq. Ümid edirəm ki, gözlənilən nəticəyə nail olacağıq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net