Sergey Bubka: “I Avropa Oyunları bütün Avropa qitəsi üçün tarixi hadisədir”
Tarix: 15-06-2015, 11:57 |
Çap et
I Avropa Oyunlarının açılış mərasimi həqiqətən möhtəşəm idman tamaşası oldu və bu, bütün Avropa qitəsi üçün tarixi məqamdır. Bu barədə Trend-ə Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka deyib.
O bildirib ki, atletlərin yaşayışı və çıxışı üçün Azərbaycanın yaratdığı şərait ən yüksək səviyyədədir: “Səmimi qəlbdən Azərbaycan hökuməti və ölkənin bütün vətəndaşlarını təbrik etmək istərdim. Bu, I Avropa Oyunlarını sevgi, doğmalıq və qonaqpərvərliklə qəbul edən bütün əhalinin böyük töhfəsidir”.