Buş Avropanın Rusiya qorxusundan istifadə edir
Tarix: 15-06-2015, 11:49 | Çap et
Buş Avropanın Rusiya qorxusundan istifadə edir
Respublikaçılar partiyasından prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayacağı gözlənilən Florida ştatının keçmiş qubernatoru Ceb Buş Tallinə səfəri zamanı Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzində Baltikyanı ölkələrin iştirakı ilə "dəyirmi masa" müzakirələrində iştirak edib.

Anspress-in məlumatına görə, Estoniyadan öncə Ceb Buş Almaniya və Polşada olub. Almaniyada görüşləri zamanı amerikalı siyasətçi ABŞ və Avropa arasında münasibətlərin əhəmiyyətindən danışıb.

Estoniya perzidenti Toomas Hendrik İlveslə də görüşdə Ceb Buş Ukraynada vəziyyət və bunun nəticəsində dəyişən geosiyasi reallıqlar kimi məsələləri müzakirə edib.

Avro-atlantik əməkdaşlıq və təhlükəsizlik məsələləri ilə əlaqədar amerikalı siyasətçi Estoniyada elektron sənayenin inkişafı məsələsinə diqqət göstərib. O, Tallində NATO-nun kibermüdafiə mərkəzində olub. Amerikalı qonaq Estoniyanın texnologiyalar sahəsində inkişafına yüksək qiymət verib.

Qeyd edək ki, Ceb Buşun iyunun 15-də Respublikaçılar partiyasından 2016-cı ildə ABŞ prezident seçkilərində namizədliyini irəli sürdüyünü rəsmən elan edəcəyi gözlənilir.

Onu da əlavə edək ki, Ukrayna hadisələri və Krımın ilhaqından sonra Rusiyaya yaxın Avropa ölkələri təhlükənin özlərinə yaxınlaşdığını düşünərək hərbi xərcləri artırıblar. Bu baxımdan Ceb Buşun prezident olacağı təqdirdə Avropanın Rusiyaya qarşı silahlandırılması siyasətini davam edəcəyi görünür. Belə olan təqdirdə seçkilərdə ABŞ-da nüfuzlu silah istehsalçılarından dəstək Buşun yalnız xeyrinədir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net