Avstraliyadan İŞİD-ə qarşı ittifaq çağırışı
Tarix: 11-06-2015, 15:39 |
Çap et
“İŞİD-ə qarşı Asiya-Sakit okean ölkələri birləşməlidir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Avstraliyanın Baş naziri Toni Ebbot çıxış edib. Onun sözlərinə görə, İŞİD-in qlobal ambisiyaları var. Ebbot həmçinin hazırda İraq ordusunun İŞİD-ə qarşı dayanmaq gücündə olmadığını bildirib.
Qeyd edək ki, bundan öncə Amerika İraqa 500 hərbçi göndərəcəyini bəyan etmişdi.