Qazaxıstanın Baş naziri I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək
Tarix: 11-06-2015, 14:48 |
Çap et
Qazaxıstanın baş naziri Kərim Məsimovun başçılığı altında ölkənin nümayəndə heyəti I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək. Bu barədə Trend-ə Qazaxıstan səfirliyindən məlumat verilib.
Xatırladaq ki, nümayəndə heyətində Qazaxıstanın Mədəniyyət və İdman naziri Arıstanbək Muhamediula da var.