Ərdoğan AKP-siz hökumətə qarşı deyil
Tarix: 11-06-2015, 13:01 | Çap et
Ərdoğan AKP-siz hökumətə qarşı deyil
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-siz hökumətə qarşı deyil. İyunun 10-da Ərdoğan- Dəniz Baykal görüşünün pərdə arxası ortaya çıxıb. Bildirilir ki, CHP Antalya millət vəkili ilə görüşdə Ərdoğan azlıq hökumətinə qarşı çıxıb və “3 koalisiya variantı ola bilər”,- deyə bildirib. Koalisiya olmazsa isə, erkən seçki keçiriləcək. Yəni AKP-nin olmadığı hökumət də təsdiq ediləcək.

CHP-nin köhnə sədri Dəniz Baykal da qeyd edib ki, “prezidentinin hər cür koalisiya həllinə açıq olduğunu gördüm. Müxalifətin öz arasında koalisiyaya qarşı olmadığını gördüm. Siyasi partiyalar öz aralarında razılaşarsa, buna president maneə olmayacaq”. O, həmçinin vurğulayıb ki, hazırda gündəmdə erkən seçki söz mövzusu deyil: “Hazırda gündəmdə koalisiya yaradılması söz mövzusu olmalıdır”. Həmçinin, vurğulanır ki, Ərdoğan kənardan dəstək alacaq hər hansı bir azlıq hökumətinə kəskin şəkildə qarşı çıxıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net