Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko Bakıya səfərə gəlir.
Virtualaz.org saytı Belarus rəsmi qaynaqlarına istinadən xəbər verir ki, Lukaşenkonun səfəri iyunun 13-nə qədər davam edəcək. Dövlət başçısı Bakıda Birinci Avropa Oyunlarının açılışında iştirak edəcək, bir sıra ikitərəfli görüşlər keçirəcək, idman obyektlərinə baş çəkəcək.