Məhkəmə məşhur məşqçini sürücülük hüququndan məhrum etdi
Tarix: 11-06-2015, 10:59 |
Çap et
Londonun “Çelsi” klubunun baş məşqçisi Joze Maurinyo 6 ay avtomobil idarə etmək hüququndan məhrum edilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, məhkəmə portuqaliyalını sürət həddini aşdığı üçün 1250 avro cərimələyib.
Maurinyo qayda pozuntusuna 2014-cü ilin sentyabr ayında yol verib. O, sürət həddi saatda 80 kilometr müəyyənləşdirilən yolda avtomobili saatda 97 kilometr sürətlə sürüb.