Çindən Azərbaycana mühüm Qarabağ jesti
Tarix: 11-06-2015, 10:42 | Çap et
Çindən Azərbaycana mühüm Qarabağ jesti
Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan məhsulların satışı, turizmin inkişafı, həmin ərazilərə yük daşımaları və s. barədə məlumatlar Çinin “Alibaba” şirkətinin saytından (www.alibaba.com) çıxarılıb. Bu barədə Azərbaycanın Çindəki Səfirliyindən məlumat verilib (APA).

Məsələ ilə əlaqədar səfirlik əməkdaşı “Alibaba” şirkətinin Pekin şəhərindəki ofisində şirkətin vitse-prezidenti Donqvey Şi (DongWei Shi) ilə görüşüb. Görüş zamanı səfirlik tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı geniş məlumat verilib, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən Çinin də dəstəyi ilə dörd qətnamə qəbul olunduğu diqqətə çatdırılıb.

Həmçinin, Çinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu və bu mövqenin 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin ÇXR-ə rəsmi səfəri zamanı qəbul edilmiş birgə bəyannamədə qeyd olunduğu bildirilib.

Şirkətin vitse-prezidenti Donqvey Şi “Alibaba” şirkətinin siyasi təşkilat olmasa belə, ölkəsinin siyasi mövqeyinə hörmətlə yanaşdığını və qeyd olunan məsələ ilə ciddi məşğul olacaqlarını diqqətə çatdırıb. O, Azərbaycan və Çinin iki dost ölkə olduğunu vurğulayaraq, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün müvafiq işin aparılacağına tam təminat verib və şirkətin ölkəmizlə yaxından əməkdaşlıq etməyə hazır olduqlarını ifadə edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net