Eynulla Fətullayevin filmlərinə 2 milyon adam baxıb
Tarix: 10-06-2015, 16:28 | Çap et
Eynulla Fətullayevin filmlərinə 2 milyon adam baxıb
Araşdırmaçı-jurnalist Eynulla Fətullayevin “Qərib Qərb” (“Чуждый Запад”) silsiləsindən olan və ATV telekanalında nümayiş etdirilən sənədli filmlərə 2 milyon nəfər baxıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə telekanalların auditoriyasının reytinqini ölçən AGB-Nilson beynəlxalq reytinq agentliyinin hesabatında məlumat verilib.

Həmin reytinqə görə, bu silsilədən olan ilk sənədli filmə - “Avropanın oğurlanması”na ölkə əhalisinin 22 faizi, yaxud 2 milyon insan baxıb.

İkinci filmə - “Soyuq demokratiya”ya isə əhalinin 19,5 faizi baxıb ki, bu da təxminən 2 milyon nəfərə yaxın tamaşaçı deməkdir.

Qeyd edək ki, E.Fətullayev ötən il müstəqil çəkiliş qrupu ilə (bu qrupa əcnəbi jurnalistlər, ekspertlər və operatorlar da daxildir) birgə Almaniya, İsveç, Danimarka, Norveç, ABŞ və digər Qərb ölkələrində insan haqları və demokratiya sahəsindəki problemlərə dair araşdırma aparıb və bu silsilədən 7 film çəkib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net