Gülay: "Kamildən hədiyyə gözləyirəm"
Tarix: 10-06-2015, 16:03 | Çap et
Gülay: "Kamildən hədiyyə gözləyirəm"
Müğənni Gülay Zeynallının bu gün 27 yaşı tamam olur.

Təəssüratlarını Axşam.az-la bölüşən sənətçi həyat yoldaşı, idmançı Kamil Zeynallıdan sürpriz gözlədiyini bildirib:
“Ad günü qeyd etmirəm. Yalnız rəfiqələrimlə bir araya gələcəm. Qapalı məclis olacaq. Hər bir xanım diqqəti, qayğını sevir. Şərt deyil bahalı hədiyyə olsun. Xırda sürpriz də xanımı sevindirir. Kamildən əlbəttə hədiyyə gözləyirəm. Ötən il də mənə maraqlı sürpriz etmişdi. Evin hər yanına gül və şam düzmüşdü”.
Yay istirahətindən danışan G.Zeynallı ailəsi ilə birlikdə Antalyanın Belek bölgəsinə gedəcəyini deyib:
“İyunun 21-də Kamil, qızım Sahilə və mən istirahətə gedirik. Ordan qayıdandan sonra yaradıcılığımla bağlı bir səfərə gedəcəm. Əvvəlcədən açıqlamaq mənə düşmür”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net