Xalq artisti Rasim Balayev də Birinci Avropa Oyunlarının məşəlini daşıyanlar siyahısında olub.
Bu barədə aznews.az-a açıqlamasında sənətkarın özü deyib. Onun sözlərinə görə, bu təklif ona Birinci Avropa Oyunlarının Təşkilat Komitəsindən gəlib: “Mənə təklif gəldi, mən də qəbul elədim”.
R.Balayev onu da bildirib ki, Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək istəyir: “Mənə dəvətnamə verməyiblər, amma dəvət gəlsə gedərəm”.