Rövşən Qəmbər Müsavat partiyasına narazılığını bildirdi - BƏYANAT
Tarix: 10-06-2015, 15:08 | Çap et
Rövşən Qəmbər Müsavat partiyasına narazılığını bildirdi - BƏYANAT
Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Qəmbər bəyanat yayaraq, Müsavat Partiyasının rəhbərliyindən şikayətini bildirib.

R. Qəmbər Hafta.az-a göndərdiyi bəyanatında bildirib ki, Müsavat Partiyası onun üzvlüyünü bərpa etməlidir:

“Rəsulzadənin Davamçıları diqqət etsinlər ki, gerçək və ədalət bərqərar olsun və Arif Hacılı mənim partiyadakı vəziyyətimə aydınlıq gətirsin, üzvlüyümü bərpa etsin. Son qurultayda 2014-cü il sentyabrda kimin namizədliyini müdafiə etmək niyyətində olduğumu nə qədər ki, bildirməmişdim Avropadakı müsavatçıların ağsaqqal təmsilçilərindən sayılırdım. Elə ki, Qubad İbadoğlunu müdafiə etdiyimi bildirdim mənə Arif Hacılının tərəfdarları çox pis münsibət göstərməyə başladılar. 2010-cu ildə Berlində və Podstam şəhərlərində keçirilən bütün tədbirlərə Avropadakı ən fədakar müsavatçı İlham Həsən bəyin maddi və mənəvi dəstəyini özümə qarşı hiss etmişəm. Çünki İlham bəylə birlikdə son 19 ildə Almaniyada, Avropada və dünyada Azərbaycanın mənafeyinə uyğun olan bütün tədbirlərdə maksimal səmərəli işbirliyini qurmağa çalışmışıq. Gülağa Aslanlı çox asanlıqla olmuş hadisə kimi KİV-ə xəbər ötürür ki, Rövşən Qəmbər 2009-cü ildə (dəqiq nə zaman?) partiyadan çıxıb. Bəs, partiyadan çıxarılıbsa, keçmiş müsavatçıya bir təşəkkür etməzlərmi ki, TEST Üsulu kimi tanınmış islahata etdiyiniz təşəbbüsə görə, Müsavat Partiyasına birləşmiş Azərbaycan Ana Torpaq Partiyasının sədri kimi və Dünya Azərbaycanlıları Məclisinin sədri kimi fəaliyyətinizə görə də təşəkkür etməyə iki cümlə deyə bilməzdilərmi? Bəs necə oldu 2011-ci ildə Almaniyadakı müsavatçılardan Müsavat Partiyasının 100 illiyi münasibətilə mən təklif etdiyim şəxslər fəxri fərmanla təltif olundu? Əgər 2009-cu ildə partiyadan çıxarılmışamsa, mənə protokoldan çıxarış verilməliydi. Bu günkü Müsavat Partiyası "Hüquqi Təşkilardırsa" xahiş edirəm, mənə bir həftə ərzində yazılı rəsmi cavab verilsin və Yasamal Rayon Təşkilatının sədrinə və fəallarına təqdim olunsun”.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net