FaktXeber.com-un verdiyi məlumata görə, İngiltərənin tanınmış bankı HSBC 25 min işçisini ixtisar etmək məcburiyyətində qalıb.
Bank rəsmilərinin verdiyi açıqlamaya görə, yaranan maliyyə böhranı 20 faiz işçinin ixtisara salınmasına səbəb olub. Ən böyük ixtisarlar isə bankın Braziliya və Türkiyə üzrə filiallarında baş tutacaq. Məhz bu səbəbdən bank adıçəkilən ölkələrdə olan bütün filiallarını bağlayacaq. Bu isə il ərzində bankın 5 milyard dollar qənaət etməsinə gətirib çıxaraq.
Xatırladaq ki, HSBC 2011-2013-cü illərdə də 70 ölkədə olan filiallarından 50 min işçisini ixtisar etmişdi.