Dəniz Baykal Türkiyənin yeni baş naziri ola bilər
Tarix: 10-06-2015, 14:26 |
Çap et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Davudoğlunun istefasından sonra ana müxalifət partiyası CHP-nin keçmiş lideri Dəniz Baykal ilə sürpriz görüş keçirəcək.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüş bu gün günorta saatlarında baş tutacaq. Ərdoğanın iyunun 9-u Antalyada olan Baykala mesaj göndərərək onunla görüşmək istədiyini, Baykalın isə CHP lideri Kemal Kılıçdaroğlu ilə razılaşdıqdan sonra müsbət cavab verdiyi məlum olub.
Türkiyə mətbuatı Ərdoğan-Baykal görüşünün nəticəsi olaraq Baykalın TBMM-ə sədrliyinə namizədliyinin irəli sürüləcəyini, bunun da AKP ilə CHP arasında koalision hökumət üçün bir araya gələ biləcəyinin işarəsi olduğunu yazıb.