Birinci Avropa oyunları zamanı təxribatlar gözlənilmir
Tarix: 10-06-2015, 14:24 | Çap et
Birinci Avropa oyunları zamanı təxribatlar gözlənilmir
Birinci Avropa Oyunlarında Ermənistan idmançılarının da iştirakı ictimaiyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub. Cəmiyyətdimiz tərəfindən erməni idmançıların Bakıya gəlişi birmənalı qarşılanmır. Buna görə də, xarici qüvvələrin məhz bu faktordan istifadə edərək, ermənilərə qarşı azərbaycanlıların adından təxribat yaratmaları da gözlənilən haldır.

Məsələ ilə Hafta.az-a millət vəkili Asim Mollazadə danışıb. Onun sözlərinə görə, sivil ölkədə bu cür tədbirlər keçirildiyi zaman orada istənilən dövlətin nümayəndəsinin iştirakına normal baxılmalıdır:

“Əslində erməni idmançıları Avropa Oyunlarına gəliblər. Onlar Azərbaycana, Bakıya qonaq kimi gəlmədiklər üçün, bu məsələyə başqa cür yanaşmaq da hesab edirəm ki, doğru deyil. Ermənilər sadəcə olaraq, beynəlxalq bir tədbirdə iştirak edib. Bu dəfələrlə baş verib. Azərbaycan bundan öncə bir sıra dünya və Avropa çempionatlarına seçilərkən də ermənilər bu oyunlarda iştirak ediblər. Buna görə məsələyə bu cür yanaşmaq lazımdır ki, Azərbaycan Avropa Oyunları keçirir. Bu böyük bir Avropa bayramıdır. Bu bayaramda bütün Avropa oyunlarına qatılan ölkələr iştiak edirlər. Ermənilər də onlardan biridir”.

Hafta.az-a mövzu ilə bağlı danışan sabiq polis rəisi Mahmud Hacıyev isə bildirib ki, Azərbaycanda bir neçə aydır ki, müvafiq güc sturukturları gücləndirilmiş iş rejimində çalışırlar:

“Hazırda paytaxta rayonlarda yerləşən polis şöbələrindən də əməkdaşlar gətirilib. Təhlükəsizlik yüksək səviyyədə qorunur. Bu baxımdan Bakıda hər hansı bir təxribat əməlinin törədilməsi və bundan ölkəmizə hər hansı bir zərər dəyəcəyi gözlənilmir. Bu kimi məsələlər hüquq-mühafizə orqanları tərəfindən aylar öncədən düşünülüb. Onlar nə lazımdırsa ediblər. Azərbaycan Avropa Oyunları ilə bağlı artıq əsas hazırlıq mərhələsini çox uğurla başa çatdırmışdı. Bundan sonrakı mərhələlər üçün də lazımı tədbirlər görülüb. Hazırkı mərhələdə vətəndaşlarımızı da təxribatlara uymamağa, gördükləri qarşılaşdıqları təhlükə yarada biləcək hallarla bağlı anındaca yaxınlıqda olan polis nəfərlərinə məlumat vermələrini məsləhət bilirəm. Belə olan təqdirdə heç bir hadisə baş verməyəcək. Eymənilərin Bakıda iştirakına gəlincə. Bu sadəcə bir oyundur. Bizim vətəndaşlarımız da bunu çox gözəl anlayırlar ki, Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdəki imicinin göstəricisdir. Bizim vətəndaşlar bu baxımdan hrə hansı bir təxribata əl atmazlar. Azərbaycanı istəməyən qüvvələr isə belə bir hərəkət etməyi planlaşdırsalar, bunun qarşısı anındaca alınacaq”.

Qeyd edək ki, Birinci Avropa Oyunlarının açılış mərsiminə artıq 2 gündən də az vaxt qalıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net