Ayağı sınmış Kerri xəstəxanadan şəkil paylaşdı
Tarix: 10-06-2015, 13:13 |
Çap et
Ayağı sınmış ABŞ dövlət katibi Con Kerri Boston xəstəxanasından çəkdirdiyi fotosunu Twitter hesabında paylaşıb.
Avropa.info xəbər verir ki, dövlət katibi yazdığı tvitdə xəstəxanada keçirdiyi əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini, Dövlət Departamentindən Syuzan Rays və digər rəsmilərlə telefonda danışdığını bildirib.
Görünür, fotoda əlində sənədlər və telefon tutan Kerri işini elə xəstəxanadan davam etdirdiyini göstərmək istəyib.
Qeyd edək ki, 31 mayda Fransanın Sonzye şəhərində velosiped sürən Kerri dönərkən yıxılmışdı. Yıxılarkən baldır sümüyündə sınıq yaranmışdı.