“Aşılışa gələn prezidentlərin 2 və 3 tərəfli görüşləri olacaq”
Tarix: 10-06-2015, 12:58 | Çap et
“Aşılışa gələn prezidentlərin 2 və 3 tərəfli görüşləri olacaq”
Bakıda keçiriləcək birinci Avropa oyunlarını izləməyə gələn hələlik iki dövlət başçısının adı məlumdur. Onlardan biri qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, digəri isə şimal qonşumuz Rusiyanın dövlət başçısı Vladimir Putindir. Açılış əsnası və sonrasında siyasilərin iki və üç tərəfli görüşlərinin keçiriləcəyini təxmin etmək də olar.

Politoloq Hikmət Hacızadə Hafta.az-a açıqlamasında bu cür görüşləri istisna etmədiyini bildirib:

“Əlbəttə ikitərəfli və üçtərəfli görüşlərin baş tutmasını gözləmək olar. Bu formatda müzakirə olunacaq mövzular da çoxdur. Neft – qaz kəmərləri, Ukrayna, Xəzər dənizi və Qarabağla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Qarabağ münaqişəsi ilə bağlı ilk növbədə işğalçı Ermənistanın qoşunlarının ərazidən çıxarılması və Dağlıq Qarabağ ətrafındakı rayonlarla bağlı müzakirələr olacaq. Transxəzərlə bağlı müzakirələr ciddi məsələlərdir. Bir – iki günə həlli mümkün problem deyil. Ona görə də, açılış əsnasındakı görüşlər zamanı belə müzakirələrin aparılmasını düşünmürəm. Qərbin embarqolarının yaxınlaşdırdığı Ərdoğanla – Putinin görüşü də istisna deyil. Amma onların görüşündən konkret nəticə gözləmirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net