Ölü seçkidə qalib gəldi
Tarix: 10-06-2015, 06:26 | Çap et
Ölü seçkidə qalib gəldi
Meksikanın Miçoakan ştatının Yurekuaro şəhərində keçirilən mer seçkilərində çat ayında seçkiqabağı kampaniya zamanı öldürülən Enrike Ernandes qalib gəlib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, iyunun 7-də keçirilən seçkilərdə Ernandesin lehinə seçicilərin 36,9 faizi səs verib. Məlumatda qeyd edilir ki, yerli özünümüdafiəni təmsil edərək mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparan siyasətçi öldürüləndən sonra daha da populyarlaşıb.

Səsvermədə ikinci yeri hakim İnstitutsion-inqilabçı və Yaşıl ekoloqlar partiyası alyansının namizədi tutub. Ancaq o, qalib kimi mer vəzifəısini icra edə bilməyəcək. Buna səbəb Ernandesin namizədliyini dəstəkləyən “Morena” hərəkatı onun əvəzi kimi digər namizədi də irəli sürdüyündən mer də həmin şəxs olacaq.

Ernandes mayın 14-də keçirilən mitinq zamanı güllənib. O, mərkəzi meydanda seçicilər qarşısında çıxış edərkən bir qrup silahlı atəş açıb. Nəticədə o ölüb, 3 nəfər yaralanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net