400-ə yaxın ağacı məhv edən qadın sahibkar: O, prezidentin sərəncamınını belə saymır
Tarix: 9-06-2015, 12:40 | Çap et
400-ə yaxın ağacı məhv edən qadın sahibkar: O, prezidentin sərəncamınını belə saymır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Suraxanı rayonu, Zığ magistral yolu üzərində yerləşən yaşıllıq ərazinin 23 hektarlıq ərazisinə iddia edən sahibkarı cərimə edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Modern.az saytına bildirib ki, həmin ərazidə tikintiyə cəhd göstərən Vüsalə Babayeva ağacları məhv etdiyinə görə ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən 15 min manat cərimə olunub.
Özünü sahibkar kimi təqdim edən Vüsalə Babayeva Zığ magistral yolu üzərindəki 900 hektarlıq yaşıllaşdırılan ərazinin 23 hektarının ona məxsus olduğunu iddia edir. Məhz bu iddiası səbəbindən ərazini hasara alıb və 400-ə yaxın ağacı kimyəvi maddə tökərək yandırıb.

İradə İbrahimovanın sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən nazirlik hələ 2008-ci ilin oktyabrında Zığ şossesi boyunca 900 hektar ərazinin neft tullantılarından və zibildən təmizlənib yaşıllaşdırılmasına başlayıb. Nəticədə, ərazidə on minlərlə ağac əkilib, hər tərəf abadlaşdırılıb:

“Amma bu səliqəli və yaşıl zolaq görünür, kimlərinsə xoşuna gəlməyib. Daha doğrusu, burada nəsə tikib-qurmaq istəyənlər tapılıb.

Naməlum şəxslər ETSN tərəfindən ərazidə əkilən 23 min ağacın dibinə kimyəvi maddə tökərək məhv etmək istəyiblər. Nazirliyin əməkdaşları bundan xəbər tutublar. Onlar əraziyə baxış keçirib və məlum olub ki, oradakı ağaclar kütləvi şəkildə quruyur. Müayinə zamanı ağacların dibinə kimyəvi maddələrin töküldüyü məlum olub. Nəticədə 400-dən çox ağac məhv olub, yüzlərlə ağac da kəsilib”.

Araşdırma zamanı o da məlum oldu ki, Kamal adlı bir nəfər Vüsalə Babayevanın adından Suraxanı rayon Məhkəməsinə müraciət edərək ETSN-dən şikayətlənib. Bildirib ki, nazirlik ona məxsus olan 23 hektar ərazini hasarlamağa icazə vermir. Məhkəmə isə 2015-ci ilin martında Vüsalə Babayevanın xeyrinə qərar çıxarıb.

ETSN isə həm bu iddiadan, həm də qərardan xəbərsiz olub.

İradə İbrahimovanın fikrincə, bu qanunsuzluqdur: “Birincisi, məhkəmənin bizim iştirakımız olmadan qərar çıxarmaq hüququ yoxdur. İkincisi, məhkəmənin dövlət mülkiyyətində olan torpağın fiziki şəxsin mülkiyyətinə və istifadəsinə vermək hüququ yoxdur.

Həmin ərazidə 23 min ədəd ağac əkilib. Əgər ərazi hasarlansa, onların aqibəti necə olacaq? Aydın məsələdir, o ağaclar kəsiləcək, məhv ediləcək. Halbuki orada yaşıllıq zolağı salınmasına nə qədər qüvvə və dövlət vəsaiti sərf olunub. Nazirlik bu qanunazidd qərarın ləğvi üçün məhkəməyə müraciət edəcək”.

400-ə yaxın ağacı məhv edən qadın sahibkar: O, prezidentin sərəncamınını belə saymır
400-ə yaxın ağacı məhv edən qadın sahibkar: O, prezidentin sərəncamınını belə saymır





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net